Вернуться назад Распечатать

Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib - VİDEO

Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 26-da Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Prezidentin Mayamidə keçiriləcək G20 sammitində iştirak etməsi ilə bağlı qərar hələ qəbul edilməyib”, – deyə Peskov brifinqdə qeyd edib.

Onun sözlərinə görə, Rusiya prezidentinin dekabr ayı üçün kifayət qədər sıx iş qrafiki nəzərdə tutulub. Belə ki, Putinin regionlara işgüzar səfərləri, müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakı və prezident şuralarının iclaslarında iştirakı planlaşdırılır.

Peskov qarşıdakı tədbirlərin konkret tarixlərini və mövzularını açıqlamayıb. O, dekabr ayının dövlət başçısı üçün olduqca gərgin keçəcəyini vurğulayıb.

Qeyd edək ki, G20 sammitinin ABŞ-ın Mayami şəhərində keçirilməsi planlaşdırılır.