Rusiya ordusu Ukraynanın Xarkov, Dnepropetrovsk və Jitomir vilayətlərində yerləşən elektrik yarımstansiyalarına zərbələr endirib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücumlar hərbi-sənaye kompleksi müəssisələrini elektrik enerjisi ilə təmin edən obyektlərə qarşı həyata keçirilib.
Nazirliyin məlumatına görə, Rusiya hərbçiləri Qara dəniz akvatoriyasında da quru yük gəmisini hədəfə alıblar. İddia olunur ki, gəmi Ukrayna ordusu üçün ikili təyinatlı yüklərin daşınmasında istifadə edilib.
Bundan əvvəl Rusiya ordusunun Ukraynada enerji infrastrukturu obyektlərinə, eləcə də pilotsuz uçuş aparatlarının və yerüstü robot sistemlərinin istehsalı və saxlanması məntəqələrinə zərbələr endirdiyi bildirilmişdi.