ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Çin səfəri zamanı Ukrayna münaqişəsinin mümkün qədər tez həlli və tərəflər arasında razılaşmanın əldə olunması məsələsini müzakirə etdiyini bildirib.
1xeber.media xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
ABŞ liderinin sözlərinə görə, Putinlə danışıqlar zamanı Rusiya və Ukrayna arasında mümkün qədər qısa müddətdə razılaşma əldə edilməsinə xüsusi diqqət ayrılıb. O, Moskva və Kiyev arasında sazişin mümkünlüyünə inandığını vurğulayıb.
Tramp həmçinin NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüş zamanı Putinlə Şençjendə baş tutan danışıqların nəticələri barədə məlumat verdiyini qeyd edib.
Qeyd edək ki, Rusiya, ABŞ və Çin liderlərinin noyabrın 19-da Şençjendə keçirilən üçtərəfli görüşündə Ukrayna münaqişəsi də müzakirə olunub. Bununla belə, görüşdən sonra yayılan birgə bəyanatda Ukrayna məsələsinə dair konkret razılaşma əksini tapmayıb.