Вернуться назад Распечатать

Zelenski Ukrayna Silahlı Qüvvələrinin komandanını vəzifəsindən azad edib

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Dəstək Qüvvələrinin komandanı Dmitri Gereqanı vəzifəsindən azad edib. Onun yerinə Dmitri Tkaçenko təyin olunub.

1xeber.media xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında dərc edilən fərmanlarda bildirilib.

Məlumata görə, Zelenski müvafiq fərmanla Gereqanın vəzifədən azad edilməsi, digər sənədlə isə Tkaçenkonun yeni komandan təyin olunması barədə qərar verib.

Qeyd edək ki, Zelenski 2024-cü ilin martında da Dmitri Gereqanı bu vəzifədən azad edərək onun yerinə Aleksandr Yakovetsi təyin etmişdi. Lakin Yakovets cəmi bir ay sonra vəzifəsindən uzaqlaşdırılmışdı.