Вернуться назад Распечатать

Astronomlar kütləsi üç Ay qədər olan mümkün qara dəlik aşkar ediblər

1xeber.media xəbər verir ki, astronomlar kütləsi təxminən üç Ayın kütləsinə bərabər olan qeyri-adi kosmik obyekt aşkarlayıblar. Alimlər onun ilkin qara dəlik ola biləcəyini ehtimal edirlər.

Tədqiqatçılar obyekti 2019-cu il dekabrın 18-də Böyük Magellan Buludunda yerləşən bir ulduzun parlaqlığında baş verən qeyri-adi dəyişiklik zamanı müəyyən ediblər. Təxminən bir saat davam edən bu hadisənin qravitasiya mikrolinzalanması nəticəsində yarandığı güman olunur.

Hesablamalara görə, obyektin kütləsi Yer kürəsinin kütləsinin təxminən 0,032 hissəsinə, yəni üç Ay kütləsinə bərabərdir.

Alimlər onun sərbəst hərəkət edən planet, başqa qalaktikada yerləşən planet və ya Kainatın ilkin dövrlərində yaranmış qara dəlik ola biləcəyini bildirirlər.

Tədqiqatçılar obyektin qaranlıq maddə halosu ilə əlaqəli olma ehtimalını da irəli sürüblər. Lakin onun qara dəlik və ya başqa kosmik cisim olduğunu təsdiqləmək üçün əlavə müşahidələr tələb olunur.

Əgər bu fərziyyə təsdiqlənərsə, söhbət Kainatın ən erkən dövrlərindən qalan nadir kosmik obyektlərdən gedə bilər.