Sırskinin Norveçə gizli səfəri: Rusiya sərhədində hərbi hazırlıq aparılıb
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Aleksandr Sırski Norveçə əvvəlcədən elan edilməyən səfər edib.
1xeber.media xəbər verir ki, bu barədə noyabrın 26-da “Barents Observer” nəşri məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Sırski Norveçin Müdafiə Qərargahının rəisi Eyrik Kristoffersenlə görüşüb. Hər iki hərbçi ciddi məxfilik şəraitində Rusiya ilə sərhəd bölgəsinə baxış keçirib və Rusiya ərazisindən cəmi bir kilometr məsafədə yerləşən Yarford sərhəd məntəqəsinə baş çəkib.
Nəşrin məlumatına əsasən, onlar həmin əraziyə transponderi söndürülmüş təyyarə ilə gediblər.
Kristoffersen bildirib ki, yaxın vaxtlarda Osloda hərbi təlim xarakterli simulyasiyalar keçiriləcək. Bu tədbirlər çərçivəsində mümkün döyüş əməliyyatlarının müxtəlif ssenarilərinin öyrənilməsi planlaşdırılır.
Norveçli hərbçinin sözlərinə görə, ərazinin əvvəlcədən yerində araşdırılması qarşıdakı hərbi tədbirlərə hazırlıq baxımından mühüm əhəmiyyət daşıyır.