Вернуться назад Распечатать

“Nizami”nin divarına qraffiti çəkən şəxslərin məhkəməsi başladı

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkməkdə təqsirləndirilən Belarus vətəndaşı Ərdəşir Seyfpur Səadabadinin və daha 2 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb.

1xeber.media APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib. Onlara hüquq və vəzifələri izah edilib.

Məhkəmə tərkibi işin baxışa verilməsi barədə qərar qəbul edib. 

Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.

Xatırlatma: aprelin 1-dən 2-nə keçən gecə Bülbül prospekti-20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Əməli törətməklə bağlı 3 məkətəbli və 2006-cı ildə İranda anadan olmuş, 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ərdəşir Seyfpur Səadabadi olduğu müəyyənləşib.

O, Cinayət Məcəlləsinin 246.4.3-cü ( Mədəni sərvətləri qəsdən korlama və ya məhv etmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Sonradan iş üzrə daha 2 nəfərə - Müjgan Bunyatzadə və Elvin Əhmədova ittiham elan olunub.