Вернуться назад Распечатать

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi təsdiq edildi

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilib.

1xeber.media xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Mədəniyyət Nazirliyi üç ay müddətində “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.