Вернуться назад Распечатать

AQTA sədri Ağdamda vətəndaşları qəbul edəcək - Tarix açıqlandı

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli dekabrın 11-i saat 11:00-da Ağdam şəhər Muğam Mərkəzində Xankəndi şəhəri və Ağdam, Füzuli, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

1xeber.media xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 10-dək qəbula yazıla bilərlər.

Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.