Вернуться назад Распечатать

Türkiyədə itkin düşən qızlardan xəbər var - YENİLƏNİB

Boluda bir günlük səfərdə itkin düşən və saatlarla xəbərsiz qalan 10 qız və 3 işçidən xəbər var. 

1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş, 178 personal və 48 nəqliyyat vasitəsinin iştirak etdiyi axtarış-xilasetmə işlərindən sonra qrupun sağ-salamat tapıldığını açıqlayıb.

Bildirilir ki,  qızları daşıyan nəqliyyat vasitəsi  Düzcənin Yığılca rayonunda bataqlıqda ilişib qalıbmış. Sözügedən şəxslər xilas edilərək Bolu Vilayət Jandarma Komandanlığında yaradılan koordinasiya mərkəzinə aparılıb. 
 

***

Türkiyədə 10 yeniyetmə qız və üç işçinin olduğu avtomobilin axtarışı aparılır.

1xeber.media xəbər verir ki, Bolu vilayətinin Yedigöller rayonunda 14-17 yaş arası 10 qız və üç işçinin olduğu avtomobilin axtarışı aparılır.

Yerli vaxtla saat 19:10 radələrində Jandarma AFAD-a Ailə və Sosial Xidmətlər Müdirliyinə məxsus avtomobillə əlaqənin kəsildiyi barədə məlumat verib. Avtomobilin son GPS siqnalı Yedigöllerdəki Kapankaya müşahidə göyərtəsinin yaxınlığında aşkar edilib.

Jandarma bölmələri, AFAD, tibbi qruplar və UMKE axtarışda iştirak edir. Xilasedicilər həmçinin dronlardan istifadə edərək ərazidə havadan araşdırmalar aparırlar. Səyləri əlaqələndirmək üçün böhran mərkəzi də yaradılıb.

Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Boluya yola düşüb.