Вернуться назад Распечатать

Kanada Rusiyanın səfirini XİN-ə çağırdı

1xeber.media xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyi Polşada baş verən raket insidenti ilə əlaqədar Rusiyanın Ottavadakı səfiri Oleq Stepanovu diplomatik quruma çağırıb.

Rusiya səfiri Oleq Stepanov Moskvanın Avropa İttifaqı və NATO üzvü olan ölkələrin hava məkanını pozması ilə bağlı ittihamları rədd edib. O bildirib ki, Rusiya gərginliyin artmasında və NATO ilə birbaşa hərbi qarşıdurmada maraqlı deyil, lakin milli təhlükəsizliyini qətiyyətlə təmin etməyə davam edəcək.

Diplomatın sözlərinə görə, Qərb ölkələri Polşadakı hadisədən sonra Rusiyaya qarşı inandırıcı sübutlar təqdim etmədən ittihamlar irəli sürüblər. O, həmçinin Kanadanın səfiri çağırmazdan əvvəl hadisənin təfərrüatlarını Moskva ilə mövcud əlaqə kanalları vasitəsilə dəqiqləşdirməyə çalışmadığını vurğulayıb.

Kanada Xarici İşlər Nazirliyi isə ölkənin NATO müttəfiqləri ilə həmrəy olduğunu, alyansın ərazisinin müdafiəsinə və Ukraynaya dəstəyə sadiq qaldığını bəyan edib.

Qeyd edək ki, noyabrın 20-də Polşanın şərqində hava həyəcanı və raket təhlükəsi elan olunub. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ölkənin cənub-şərqində iki raketin və bir pilotsuz uçuş aparatının düşdüyünü, onların Polşanın hava məkanını pozduğunu bildirib.