Вернуться назад Распечатать

Meloni Liviyadakı hücumdan sonra Ukraynaya hərbi yardımın çətinləşəcəyini bildirib

İtaliyanın Baş naziri Corcia Meloni Liviyanın Benqazi limanında baş verən hücumdan sonra Ukraynaya hərbi yardımın göstərilməsinin çətinləşə biləcəyi barədə Ukrayna Prezidenti Volodimir Zelenskini xəbərdar edib.

1xeber.media xəbər verir ki, bu barədə İtaliyanın La Repubblica qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Meloni Zelenski ilə telefon danışığı zamanı baş verən hadisənin İtaliyada Ukraynaya dəstəklə bağlı siyasi vəziyyəti daha da mürəkkəbləşdirdiyini bildirib.

Baş nazir qeyd edib ki, İtaliya parlamentində Ukraynaya hərbi yardımın davam etdirilməsinə qarşı mövqelər güclənir. Bu şəraitdə Kiyevə dəstəyin təmin edilməsi getdikcə çətinləşir.

Qeyd edək ki, noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiya korveti “Merkuri”nin göyərtəsində partlayış baş verib və yanğın başlayıb. Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski hücumun Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirildiyini açıqlayıb.

İtaliyanın xarici işlər naziri Antonio Tayani isə Kiyevin müttəfiqlərinin Benqazi limanına hücumdan əvvəl məlumatlandırıldığı barədə Zelenskinin iddiasını təkzib edib.