Вернуться назад Распечатать

Husilərin Səudiyyə Ərəbistanına atdıqları ballistik raket məhv edilib

Yəməndə fəaliyyət göstərən “Ənsarallah” (husilər) terror təşkilatının Səudiyyə Ərəbistanının cənub bölgələrinə atdığı ballistik raket havada məhv edilib.

1xeber.media xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya məlumat yayıb.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi bundan əvvəl Cazan bölgəsində hava təhlükəsi barədə xəbərdarlıq etmişdi.