1xeber.media xəbər verir ki, Əfqanıstanda məktəblərdən birinin yaxınlığında baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Agentliyin məlumatına görə, hadisə nəticəsində xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.
İlkin məlumata əsasən, partlayışa məktəb binasının yaxınlığında saxlanılan dağ-mədən işlərində istifadə üçün nəzərdə tutulmuş maddə səbəb olub.
Qeyd edək ki, daha əvvəl Almaniyada yüzlərlə məktəbə bomba təhlükəsi ilə bağlı məktubların göndərildiyi bildirilmişdi.