Вернуться назад Распечатать

Kiyev vilayətinin bir sıra rayonlarında elektrik enerjisinin verilişi ilə bağlı təcili məhdudiyyətlər tətbiq edilib

Ukraynanın Kiyev vilayətində elektrik enerjisinin təcili qaydada kəsilməsinə başlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə noyabrın 28-də ölkənin enerji şirkəti “DTEK” məlumat yayıb.

Şirkətin açıqlamasına görə, Buça, Obuxov və Fastov rayonlarında qəza xarakterli elektrik kəsintiləri tətbiq olunur.

“DTEK”dən bildirilib ki, fövqəladə hallarda əvvəlcədən müəyyən edilmiş elektrik kəsintisi qrafikləri qüvvədə olmur.

Enerji şirkəti elektrik enerjisi ilə təmin olunan sakinləri işıqdan qənaətlə istifadə etməyə çağırıb.

Hazırda enerji xidmətlərinin əməkdaşları elektrik təchizatının bərpası və sistemin sabitləşdirilməsi istiqamətində iş aparırlar.