1xeber.media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel Britaniya mediasının Ukrayna liderinə qarşı təzyiqləri artırdığını iddia edib.
Mendelin sözlərinə görə, Britaniya ictimaiyyətinin Ukraynadakı müharibəyə və Zelenskiyə münasibətində nəzərəçarpacaq dəyişiklik müşahidə olunur.
O bildirib ki, hazırda Ukrayna liderinə ünvanlanan suallar getdikcə daha sərt xarakter alır və əvvəllər belə yanaşma müşahidə olunmurdu.
Keçmiş mətbuat katibinin sözlərinə görə, korrupsiya qalmaqalları və Ukrayna Silahlı Qüvvələrinin digər dövlətlərə təsir edən təxribatları ilə bağlı məsələlər də ictimai müzakirələrə çıxarılır.
Qeyd edək ki, Yuliya Mendel daha əvvəl Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putin qarşısında siyasi lider kimi özünü təsdiqləməyə çalışdığını bildirmişdi.