Вернуться назад Распечатать

DİM rəhbərliyinə daha bir maraqlı namizəd

 Azərbaycanın təhsil və elm sistemində baş verən son kadr dəyişiklikləri ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib.
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixli sərəncamı ilə Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin rektoru təyin olunmasından sonra qurumun gələcək rəhbərliyi ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
“Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov da məsələ ilə bağlı öz yanaşmasını bölüşüb. O hesab edir ki, DİM-ə rəhbərlik edəcək şəxsin fundamental riyazi təhsilə, analitik düşüncəyə və geniş idarəçilik təcrübəsinə malik olması məqsədəuyğun olardı. Bu baxımdan Elmar Məmmədov sabiq təhsil naziri, professor Misir Mərdanovun təcrübəsini xüsusi qeyd edib.
Alyans sədrinin fikrincə, qəbul və buraxılış imtahanlarının təşkili, test modellərinin hazırlanması, nəticələrin emalı və qiymətləndirmənin şəffaflığının təmin edilməsi yüksək dəqiqlik və sistemli yanaşma tələb edir.
Elmar Məmmədov vurğulayıb ki, riyazi təhsil insanda məntiqi ardıcıllıq, intizam və dəqiqlik kimi mühüm keyfiyyətlər formalaşdırır. Bu xüsusiyyətlər isə yüz minlərlə abituriyentin gələcəyinə təsir edən imtahan sisteminin idarə olunmasında xüsusi əhəmiyyət daşıyır.
Onun fikrincə, Misir Mərdanovun elmi fəaliyyəti və təhsil sahəsində qazandığı uzunillik idarəçilik təcrübəsi onu bu baxımdan diqqətəlayiq fiqurlardan birinə çevirir.
Misir Mərdanov fizika-riyaziyyat elmləri doktoru, professor, tanınmış riyaziyyatçı alimdir. O, uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib, Bakı Dövlət Universitetində Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. Həmçinin cəbr və həndəsə üzrə bir sıra məktəb dərsliklərinin müəllifidir.
Qeyd edək ki, Misir Mərdanov 1998–2013-cü illərdə Azərbaycanın təhsil naziri vəzifəsində çalışıb
Editor.az