Вернуться назад Распечатать

Onmilyonlara başa gələn Gəncə Filarmoniyası çökür

2012-ci ildə tikintisinə başlanılan və 2017-ci ildə təhvil verilən Gəncə Dövlət Filarmoniyasının binası çökür.

1xeber.media  xəbər verir ki, Axar.az əməkdaşının çəkdiyi görüntülərdə binanın bir tərəfindəki çökmələrin ciddi fəsadlara yol açdığı, hətta tikilinin əsas sütunlarının zədələndiyi aydın görünür.

Qeyd edək ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində və balansındadır. Binanın tikintisinə onmilyonlarla manat vəsait ayrılıb.