“AnewZ” telekanalı dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin eksklüziv fotolarını yayımlayıb.
1xeber.media “AnewZ”ə istinadən xəbər verir ki, təyyarənin gövdəsinin daxilindən çəkilmiş fotoşəkillərdə kənar müdaxilə ilə uyğun gələn xəsarət əlamətləri aydın görünür.
O cümlədən, qəlpə izləri aydın görünür ki, bu da quşların turbinə girməsi və ya təyyarənin yanacaq çəninin partlaması kimi ilkin versiyaları şübhə altına salır.