Hüquq-mühafizə orqanlarının respublika prezidenti Yoon Seok-yeol-u həbs edə bilməməsindən sonra etirazçılar Seulda mitinq keçiriblər.
1xeber.media xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yanvarın 4-də məlumat yayıb.
“Minlərlə etirazçı ölkənin vəzifəsi dayandırılmış prezidenti Yoon Seok-yeolun impiçmentə səbəb olan qısa hərbi vəziyyət fərmanı tətbiq etdiyinə görə həbs edilməsinə uğursuz cəhdin ertəsi günü Cənubi Koreya paytaxtına toplaşıb”, - nəşr yazır.
Onlar qeyd ediblər ki, etirazçılar iqamətgahın qarşısına və Seulun əsas yollarına toplaşıblar. Bundan əlavə, onlar Yoon Seok Yeol lehinə və əleyhinə olanlara bölünüb: bəzi nümayişçilər onun həbsini, bəziləri isə impiçmentin etibarsız sayılmasını tələb edirlər.