Вернуться назад Распечатать

Xanım jurnalist qəzaya düşdü

"Media Türk TV"nin baş redaktoru, tanınmış telejurnalist Səidə Bəkirqızı qəzaya uğrayıb.

1xeber.media  xəbər verir ki, bu barədə modern.az-a jurnalistin özü məlumat verib.

Məlumata görə, qəza Tbilisi prospektində baş verib.

Jurnalistin idarə etdiyi avtomobil şəhərin mərkəzinə doğru hərəkət edən zaman digər avtomobillə toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.