Avstriya prezidenti Alexander Van der Bellen ifrat sağçı Azadlıq Partiyasının lideri Herbert Kiklə yeni hökuməti qurmağı tapşırıb.
1xeber.media xəbər verir ki, bu barədə “Der Standard” xəbər verir.
Dövlət başçısının sözlərinə görə, Kiklin vəzifəsi 50 faizdən çox hökumətin yaradılması imkanlarını öyrənməkdir. Van der Bellen bu addımın onun üçün asan olmadığını vurğulayıb.
Avstriya prezidenti vurğulayıb ki, hökumət müəyyən fundamental prinsiplərə hörmət etməlidir: qanunun aliliyi, hakimiyyət bölgüsü, insan və azlıqların hüquqları, azad və müstəqil media və ölkənin Aİ-yə üzvlüyü.
Bundan əvvəl Avstriya kansleri və Avstriya Xalq Partiyasının (AP) lideri Karl Nehammer ölkədə hökumət qurmaq üçün koalisiya danışıqlarının nəticəsiz qaldığını bildirərək, tutduğu vəzifədən istefa verdiyini açıqlamışdı. O, təmsil etdiyi partiyanın Avstriya Sosial Demokrat Partiyası ilə uzun və dürüst danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, əsas məqamlarda rəqiblərlə razılaşmaq mümkün olmayıb.