Вернуться назад Распечатать

Daha bir jurnalistə nazirlikdə vəzifə verildi

Ədliyyə Nazirliyinin Mətbuat xidmətində yeni təyinat olub.

1xeber.media  xəbər verir ki, jurnalist Günel Əhmədova nazirliyin Mətbuat xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin edilib.

Bu barədə onun özü sosial şəbəkə hesabında bildirib.

G.Əhmədova bu təyinatadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Aztelekom MMC-nin kommunikasiya bölməsində işləyib.