Вернуться назад Распечатать

Azərbaycanda lak-boya məmulatları istehsalı artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 38, 2 min ton lak-boya məmulatları istehsal edilib.

Bu barədə 1xeber.media Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2,4 min ton və ya 6,8% çoxdur.

2024-cü ilin dekabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 333,6 ton təşkil edib.

Xatırladaq ki, ötən ilin ilk 11 ayında Azərbaycanda 35,8 min ton lak-boya məmulatları istehsal olunmuşdu. 2023-cü ilin dekabrın 1-I vəziyyətinə isə ölkədə hazır məhsul ehtiyatı 224,9 ton təşkil etmişdi.