ABŞ-ın seçilmiş prezidentinin oğlu kiçik Donald Tramp şəxsi səfər üçün Qrenlandiyaya uçub.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 7-də Reuters agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, kiçik Tramp atasının “Trump Force One” təyin etdiyi “Boeing 757” təyyarəsi ilə uçub və Nuuk şəhərinə enib. Seçilmiş prezidentin oğlu rəsmilərlə görüşmək fikrində deyil.
Kiçik Tramp dünən, yanvarın 6-da podkastda qarşıdan gələn səfərini şərh edərək qeyd edib ki, bu, atasının yenidən adanı almaqdan danışdığı bir vaxtda planlaşdırılıb.
“Xeyr, mən Qrenlandiyanı almıram. Mən əslində Qrenlandiyaya çox uzun şəxsi bir günlük səfərə çıxmağım bir növ gülməli haldır”, - deyə seçilmiş prezidentin oğlu həmin vaxt bildirib.
Adaya gələn kiçik Tramp X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində "Qrenlandiya gözəldir" sözlərini yazıb.