Birləşmiş Ştatlar "Taliban" ilə Əfqanıstanda saxlanılan amerikalıların ABŞ-də məhbusla dəyişdirilməsini müzakirə edir.
1xeber.media "Unikal"a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.
Bildirilir ki, “Taliban” “Əl-Qaidə” ilə əməkdaşlıq etmiş məhbusu əldə etmək istəyir.
"Bayden administrasiyası amerikalıların Üsamə bin Ladenin ortağı olduğu güman edilən yüksək rütbəli məhbusla mübadilə etmək üçün danışıqlar aparır", - hesabatda deyilir.