1xəbər.media ailəsinin yaxın dostlarından biri olan Kazım dayı Nadirov dünyasını dəyişib. Səhhətində yaranan problemlə bağlı Kazım dayı 18.10.2024 cü il tarixində vəfat edib. Həqiqətən də bizim üçün çox acılı bir xəbərdir. Kazım dayı çox qayğıkeş, səmimi və mehriban bir şəxs idi. Elə bu xüsusiyyətlərə görə özünə qarşı sevgi və hörmət qazanmışdır. Yaxınlarına, onu sevən hər kəsə dərin hüzünlə baş sağlığı veririk. Allah rəhmət eləsin! Ruhu şad olsun!