İngiltərədəki fast food şəbəkəsi McDonald's-ın bir neçə yüz keçmiş və indiki işçisi iş yerində təzyiqlərə görə şirkətə qarşı iddia qaldırıb.
1xeber.media xəbər verir ki, bu barədə Leigh Day hüquq firması məlumat yayıb.
Qeyd olunur ki, hazırda bu şəbəkənin 450-dən çox restoranı məhkəmə proseslərində iştirak edir, iddiaçıların sayı isə 700 nəfərdən çoxdur.
“McDonald's-ın 19 və ondan aşağı yaşda olan 700 müştərisi cinsi qısnama iddiası vermək üçün hüquq firmamızla əlaqə saxlayıb”, – yazıda deyilir.
Qeyd olunur ki, zərərçəkmişlər iş yerində irqçilik, təqib və əlilliyə görə ayrı-seçkilik halları ilə bağlı hekayələri vəkillərlə bölüşüblər.
Əvvəllər məlum olmuşdu ki, McDonald's işçilər üçün "müxtəliflik göstəricilərindən" imtina edib. Qaydalar arasında bərabərlik və inklüzivlik prinsipləri var idi.