Вернуться назад Распечатать

BŞTİ müdirinin daha bir müavini vəzifədən AZAD EDİLDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

1xeber.media Modern.az-a istinadən xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı Hüseyn Əsgərovun özü təsdiqləyib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Xatırladaq ki, Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.