Вернуться назад Распечатать

Antalyaya uçan Qazaxıstan təyyarəsi Aktauya məcburi eniş etdi

Qazaxıstanda “Air Astana” aviaşirkətinə məxsus təyyarə Aktau aeroportuna məcburi eniş edib.

1xeber.media xəbərinə görə, bu haqda “Tengri Travel” şirkətinin mətbuat xidməti yerli KİV-ə məlumat verib.

Bildirilib ki, təcili eniş etməli olan sərnişin təyyarəsi Almatı-Antalya hava reysi ilə uçub.

“Yanvarın 8-də KC915 reysi ilə Almatı-Antalya istiqamətində uçan Airbus A321 təyyarəsi, yerli vaxtla 08:35-də aeroportdan qalxıb. Texniki səbəblərə görə, təyyarə Aktau aeroportuna məcburi eniş etməli olub, eniş ştat rejimdə həyata keçirilib. Məcburi enişə səbəb mərkəzi çəlləyin yanacaq sisteminin qoruyucu klapanı olub”, - məlumatda deyilir.

Məlumatda hava reysinin yanvarın 9-a ertələndiyi bildirilir.