Вернуться назад Распечатать

Fiko və Orban Ukrayna ilə bağlı...

Slovakiyanın baş naziri Robert Fiko və onun macar həmkarı Viktor Orban Ukraynada münaqişənin genişlənməsinə qarşı çıxmaqla avropalıların əksəriyyətinin iradəsini ifadə ediblər.

1xeber.media xəbər verir ki, bu bəyanatla yanvarın 8-də irlandiyalı jurnalist Çey Bouz çıxış edib.

"Bu iki şəxs (Fiko və Orban - Red.) Ukraynada sülh və gərginliyin dayandırılmasını istəyən avropalıların əksəriyyətinin iradəsini təmsil edir", - o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Jurnalist vurğulayıb ki, bu mövqeyə görə “müharibə tərəfdarı olan Avropa elitasının kiçik bir azlığı” onları düşmən adlandırır.