“Keşlə bazarı”nın "Dərnəgül"də yerləşən “Eurohome” bazarına köçürüləcək.
1xeber.media xəbər verir ki, bunu teleqraf.com-a bazarda işləyən satıcılar bildirib.
Onların sözlərinə görə, artıq “Eurohome” ərazsində satıcılar üçün yerlərin tikilməsinə başlanılıb.
Qeyd edək ki, bazar Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə söküləcək. Bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanılması bu ilin fevral ayının 1-nə qədər təxirə salınıb.