Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstana başsağlığı verib.
1xeber.media xəbər verir ki, bu barədə Azərbaycan XİN X hesabında paylaşım edib.
"Abxaziyanın Qali rayonunda 5 uşağın həyatına son qoyan faciəli yanğın bizi dərindən kədərləndirdi. Dağıdıcı hadisədən zərər çəkmiş ailələrə və dost Gürcüstana dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd edilib.