2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 2,8 milyon manata yaxın olub.
Bu barədə 1xeber.media Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, illik müqayisədə 23,5% artım qeydə alınıb.
Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2% çoxdur.