Вернуться назад Распечатать

Qadın Almaniyanın keçmiş maliyyə naziri Lindnerin üzünə tort atdı - VİDEO

Naməlum qadın Almaniyanın keçmiş maliyyə naziri, Almaniya Azad Demokratik Partiyasının (FDP) lideri Kristian Lindnerin üzərinə torta bənzər əşya ataraq onun düz üzünə dəyib.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 9-da Bild qəzeti məlumat yayıb.
Polis hadisə ilə bağlı araşdırma aparır.

Hücumun Greifswald Universitetində solçu tələbə qrupunun üzvü olan tələbə Christiane K. olduğu güman edilir.