Вернуться назад Распечатать

Kaliforniyada yanğınsöndürmə təyyarəsi dronla toqquşub

Canadair CL-415 Super Scooper yanğınsöndürmə təyyarəsi Kaliforniyada meşə yanğınları ilə mübarizə apararkən pilotsuz təyyarə ilə toqquşub.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 10-da ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən War Zone nəşri məlumat verib.

"Cümə axşamı Los-Ancelesin Palisades bölgəsində yanğınla mübarizə aparan yanğınsöndürmə təyyarəsi dronla toqquşub", - məlumatda deyilir.

Qeyd olunur ki, təyyarə təcili eniş edə bilib. Lakin toqquşmadan sonra təyyarə yararsız hala düşüb.