Вернуться назад Распечатать

Polşanın Los-Ancelesdəki Baş Konsulluğu güclü yanğınlara görə təxliyə edilib

Polşanın Los-Ancelesdəki Baş Konsulluğu Kaliforniyada baş verən güclü meşə yanğınları səbəbindən təxliyə edilib.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 10-da Polşanın TVN24 telekanalı məlumat yayıb.

“Yanğın təhlükəsinin artması ilə əlaqədar Polşa Respublikasının Los-Ancelesdəki konsulluğu təxliyə edilib. Ofisin bağlı olmasına baxmayaraq, zərurət yaranarsa, müvəqqəti pasport verilə bilər”, - deyə telekanal baş konsul Paulina Kapuscinskanın sözlərindən sitat gətirir.

Diplomatik nümayəndəlik əməkdaşların müştəriləri ilə daim təmasda olduqlarını qeyd ediblər. Təhlükəsiz yerdə konsulluq bölməsinin açılması nəzərdən keçirilir.