Nyu-York hakimi, keçmiş porno aktrisa Stormi Danielsə pul ödəyərkən Trump Təşkilatının sənədləri saxtalaşdırdığı iddiası ilə seçilmiş prezident Donald Trampı qeyd-şərtsiz azadlığa buraxıb.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən indi bu cəzanı bütün 34 maddə üzrə təyin edirəm”, - deyə hakim bildirib.
Şərtsiz azadlığa çıxmaq o deməkdir ki, heç bir cərimə və ya həbs müddəti yoxdur və bəraət hökmündən fərqli olaraq məhkumluq qüvvədə qalır. Tramp beləliklə, cinayət məsuliyyətinə cəlb edilərək prezident postunu tutan ilk Amerika lideri olacaq. ABŞ Konstitusiyası belə hallarda bu vəzifəyə seçilməyi qadağan etmir.
Bundan əvvəl ABŞ Ali Məhkəməsi ABŞ-ın seçilmiş prezidentinin sənədlərin saxtalaşdırılması işi üzrə hökmün təxirə salınması tələbini rədd etmişdi.