1xeber.media xəbər verir ki, Ukrayna 2025-ci ildə münaqişəyə son qoymaq istəyir, ölkə prezidenti Vladimir Zelenski RAI News 24-ə müsahibəsində deyib.
“Məqsədimiz bu il təhlükəsizlik zəmanəti almaq və bu il müharibəni bitirməkdir. Bunun üçün hər şeyi edəcəyik”, - deyə Ukrayna lideri bildirib. Zelenski vurğulayıb ki, danışıqlara başlamazdan əvvəl ABŞ və Avropadan təhlükəsizlik zəmanəti almaq lazımdır.
Daha əvvəl “Teleqraf” nəşri Zelenskinin ətrafına istinadən yazıb ki, siyasətçi ikinci dəfə prezidentliyə namizəd olmaq niyyətindədir. “Ancaq Zelenskiyə yaxın olanlar deyirlər ki, ikinci müddətə qərar verilib. 52 faiz etimad səviyyəsi ilə onun hələ də prezident seçkilərində qalib gəlmək şansı var”, - nəşr yazır.