Вернуться назад Распечатать

Ermənistanda məhbus asılmış vəziyyətdə tapıldı

Ermənistanda Artik həbsxanasında məhbus asılmış vəziyyətdə tapılıb.

1xeber.media xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin məlumatında deyilir. 

Penitensiar qurumdan verilən məlumata görə, 1997-ci il təvəlüldlü A.X. adlı şəxs asılmış vəziyyətdə bu gün saat 02:10-da tapılıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun öldüyünü təsdiqləyib. Digər təfərrüatlar verilməyib.