Вернуться назад Распечатать

Jude Law Vladimir Putini canlandıracaq

Rejissor Olivye Assayas tərəfindən çəkiləcək “Kreml sehrbazı” filmində Rusiya prezidenti Vladimir Putini britaniyalı aktyor Cud Lou canlandıracaq.

1xeber.media xəbər verir ki, bu barədə aktyor Deadline-a müsahibəsində danışıb.

Lounun sözlərinə görə, o, hələ rol üzərində işləməyə başlamayıb. Kreml sehrbazı, italyan yazıçısı Giuliano da Empolinin 2022-ci ildə nəşr olunan eyniadlı kitabının film adaptasiyasıdır, burada baş qəhrəman Putinin qondarma keçmiş məsləhətçisidir.

Lou əvvəllər Hollivudun Şöhrət Xiyabanında ulduz almışdı. Mərasimdə onun yaxın qohumları - uşaqları Raff və İris, həmçinin həyat yoldaşı Filippa Koan iştirak ediblər. Lou çıxışı zamanı ailə üzvlərinə təşəkkür edib.