Monqolustanda hökuməti duman və işsizliklə mübarizə apara bilməməkdə ittiham edən etirazçılar paytaxt Ulan-Batorun mərkəzi Sülh prospektini bağlayıblar.
1xeber.media xəbər verir ki, hətta təcili yardım maşınları da əsas küçə ilə hərəkət edə bilmir.
Etiraz aksiyası ilə əlaqədar Mira prospekti ilə hərəkət edən 15 avtobus marşrutu iki saat bağlanıb. Əsas yol boyu qərb və şərq istiqamətləri, eləcə də şimal və cənub istiqamətində hərəkət tam bağlanıb.
Üstəlik, etirazçılar magistral yolu bağlamağa başladığı andan şəhər sakinləri paytaxtın nəqliyyat idarəsinə “ictimai nəqliyyat işləmir” deyə şikayətlər verməyə başlayıblar.