Вернуться назад Распечатать

ABŞ-ın yeni sanksiyaları cavabsız qalmayacaq - Rusiya

ABŞ-ın yeni anti-Rusiya sanksiyalarının tətbiqi üzrə hərəkətləri təsirsiz ötüşməyəcək və Rusiyanın xarici iqtisadi strategiyasını hazırlayarkən nəzərə alınacaq.

1xeber.media xəbər verir ki, bu barədə şənbə, yanvarın 11-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Vaşinqtonun düşmənçilik hərəkətləri cavabsız qalmayacaq və xarici iqtisadi strategiyamızı hazırlayarkən nəzərə alınacaq”, - deyə departament öz Telegram kanalında bildirib.

Qeyd olunur ki, Amerikanın hazırkı lideri Co Baydenin tətbiq etdiyi sanksiyaların məqsədi ABŞ-ın avropalı müttəfiqlərinə, Amerika vətəndaşlarına və gələcək Amerika prezidenti Donald Trampa zərər vuran Rusiya ilə istənilən iqtisadi əlaqələri əngəlləməkdir.