Qətər Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın yekun layihəsini İsrailə və Fələstinin radikal Həmas qruplaşmasına təhvil verib.
1xeber.media xəbər verir ki, bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Agentliyin mənbəsi dəqiqləşdirib ki, sazişin mətni Qətərin paytaxtı Dohada aparılan danışıqlar zamanı hazırlanıb. Danışıqlarda, xüsusən də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə yeni administrasiyasının xüsusi nümayəndəsi Stiv Vitkoff iştirak edib.
Yanvarın 12-də Qətərdə Qəzzada saxlanılan israilli girovların azad edilməsi ilə bağlı danışıqlara başlanılıb. 2024-cü il dekabrın 18-də Asharq Al-Awsat, İsrail və HƏMAS-ın anklavda atəşkəs və yaxın gələcəkdə məhbusların azad edilməsi ilə bağlı razılığa gələ biləcəyini bildirdi. Yanvar ayında Həmas sözçüsü Reuters agentliyinə demişdi ki, qrup İsraillə mümkün razılaşmanın bir hissəsi kimi 34 girovun siyahısını təsdiqləyib.