Rusiyanın Tula şəhərinin mərkəzində yerləşən hərbi hospitalda güclü yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, yanğın binanın 3-cü mərtəbəsində başlayıb. Hospitaldakı şəxslərin təxliyə olunduğu bildirilir.
Hərbi hospitalın yerləşdiyi binada yanğın baş verikdən sonra 57 nəfər təxliyə olunub.
Bu barədə Tula vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində xəsarət alan olmayıb.