Avropa İttifaqı (Aİ) İrəvanla viza prosedurlarının sadələşdirilməsi ilə bağlı dialoqa başlamaq qərarına gəlib və Avropa Sülh Fondu Ermənistana yardım üçün 10 milyon avro ayıracaq.
1xeber.media xəbər verir ki, bu barədə yanvarın 13-də Avropa Komissiyasının (AK) brifinqində Aİ nümayəndəsi Anuar Əl-Anuni məlumat verib.
O qeyd edib ki, Avropa İttifaqı ilə Ermənistan arasında münasibətlər heç vaxt indiki qədər yaxın olmayıb. El-Announinin sözlərinə görə, Aİ viza prosedurlarının sadələşdirilməsi ilə bağlı dialoqa başlamaq qərarına gəlib.
“Avropa Sülh Fondu 10 milyon avro yardım göstərəcək. Biz Ermənistana Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində maliyyə yardımımızı da artırmışıq”, - Aİ nümayəndəsi bildirib.