Münaqişə bitdikdən sonra Britaniya sülhməramlılarının Ukrayna ərazisinə yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.
1xeber.media xəbər verir ki, bunu bazar ertəsi, yanvarın 13-də Dövlət Dumasının deputatı Yuri Şvıtkin Britaniyanın keçmiş müdafiə nazirlərinin müvafiq təklifinə cavab olaraq bildirib.
“Böyük Britaniya NATO-nun üzvüdür, ona görə də bu seçim bizim üçün qəbuledilməzdir. Alyansın sülhməramlılarının Ukrayna ərazisinə gəlməsi onun sülhməramlı kontingent adı altında işğalı demək olacaq. NATO dövlətimizə qarşı aqressiv planlar hazırlayıb həyata keçirəcək və bu, qəbuledilməzdir”, – siyasətçi Lenta.Ru ilə söhbətində bildirib.
Parlamentarinin sözlərinə görə, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makronun Ukrayna ərazisinə Avropa İttifaqından olan kontingentin yerləşdirilməsi ilə bağlı təklifləri eyni dərəcədə qəribə görünür. Şvıtkin bunun yalnız qarşıdurmanın bərpasına töhfə verəcəyinə əmin olduğunu bildirib.