Qeyd edək ki, hazırda 30 yaşı tamam olan və hərbi xidmətə çağırılmış şəxslər var.
Maraqlıdır, həmin şəxslər hərbi xidmətlərini tamamlayacaq, yoxsa bu qanuna dəyişiklik nəticəsində vaxtından öncə tərxis olunacaqlar?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Tofiq Şahmuradov bildirib ki, hazırda 30 yaşdan yuxarı hərbi xidmətdə olan şəxslər bu qanunun qüvvəyə minməsi ilə tam yararlı şəkildə tərxis ediləcəklər.
“Onlar tərxis edildikdən sonra hansı rayondan gediblərsə, həmin ərazi üzrə ehtiyatda olan əsgər kimi qeydiyyatda olacaqlar. Bu qanunda edilən dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib. Belə ki, hərbi çağırış yaşının son həddi 30, keçmə yaş həddi isə 31 yaş 6 aydır”, – ekspert qeyd edib.