Вернуться назад Распечатать

Patruşev 2025-ci ildə Ukraynanın varlığının sona çatacağını istisna etməyib

Ukrayna 2025-ci ildə dövlət kimi mövcudluğunu dayandıra bilər.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 14-də Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının sədri Nikolay Patruşev məlumat verib.

“Ola bilsin ki, Ukrayna bu il tamamilə mövcudluğunu dayandırsın”, - deyə prezidentin köməkçisi “Komsomolskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

O əlavə edib ki, məcburi neonasist ideologiyası və rusofobiya Ukraynanın bir vaxtlar çiçəklənən şəhərlərini məhv edir.