Вернуться назад Распечатать

Sabah paytaxtda qaz olmayacaq

Sabah paytaxtın Xətai rayonu, Gəncə prospektində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1xeber.media  xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Gəncə prospektində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 15.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.